"Neftçi" bu axşam çinlilərlə görüşəcək

Futbol üzrə son Azərbaycan çempionu olan "Neftçi" klubu, Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, "ağ-qaralar" bu dəfə Çinin aşağı dəstəsində mübarizə aparan "Quandun Jiçjitsyuan"la qarşılaşacaq.Bu komanda ötən mövsümü aşağı dəstədə 10-cu pillədə başa vurub. Hazırda isə komanda 12-ci pillədədir. Qeyd edək ki, "Neftçi" bunadək keçirilən sınaq matçlarında Rusiyanın "Rotor" (1:0) və "Amkar" (0:4), Qazaxıstanın "Aktobe" (3:2), Makedoniyanın "Turnovo" (2:1) və Rumıniyanın "Timişoara" (1:2) klubları ilə görüşüb.

17:00. "Neftçi" – "Quandun Jiçjitsyuan (Çin)

Bütün xəbərlər Facebook səhifəmizdə