Ryan Qiqqz Premyer Liqada son 20 ilin ən yaxşı futbolçusu seçilib

İngiltərədə futbol üzrə Premyer Liqanın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, bu il çempionluq şansını əldən verən "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Ryan Qiqqz Premyer Liqanın 20 illik tarixinin ən yaxşı futbolçusu seçilib. Uelsli oyunçu futbol ekspertləri arasında keçirilmiş sorğuda bütün rəqiblərini qabaqlayıb. 39 yaşlı oyunçu Premyer Liqada 20 mövsüm keçirən yeganə futbolçudur. Xatırladaq ki, 1991-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyan Qiqqz keçirdiyi 638 oyunda 112 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə