Olimpiya məşəli Yunanıstanda yandırılacaq

Sabah Yunanıstanda Olimpiya məşəlinin yandırılma mərasimi keçiriləcək. Gənclər və İdman NAzirliyindən SİA-ya verilən xəbərə görə, mərasimdə iştirak etmək üçün gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfərə yollanır.

Səfər çərçivəsində Azad Rəhimovun Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqqe, Yunanıstanın Olimpiya Komitəsinin prezidenti Spiros Kaprolos, London Yay Olimpiya oyunlarının təşkilat komitəsinin rəhbəri Lord Sebastyan Coe və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...