Məşhur futbolçu 13 il həbs oluna bilər

Niderlandlı keçmiş müdafiəçi Ronni Stam iki tondan çox kokain qaçaqmalçılığına görə 13 il həbsdə qala bilər. SİA xəbər verir ki, bu barədə “Omroep Brabant” məlumat yayıb. Nəşrin istintaq orqanlarına istinadən verdiyi məlumata görə, Ronni və hazırda BƏƏ-də gizlənən qardaşı Ruddi beynəlxalq narkotik alveri ilə məşğul olublar. 40 yaşlı Stam futbolçu karyerası ərzində Niderlandın “NAC Breda” və “Tvente”, İngiltərənin “Uiqan”, Belçikanın “Standard” kimi klublarında çıxış edib. 2010-cu ildə Stam “Tvente”nin tərkibində Niderland çempionu olub. 2012/2013 mövsümündə Ronni “Uiqan”ın tərkibində İngiltərə Kubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə