Türkiyə Kuboku: "Fənərbağça" 3 xalı darmadağınla qazanıb

"Fənərbağça" Türkiyə Kubokunda növbəti oyununu keçirib.

SİA xəbər verir ki, İstanbul təmsilçisi qrup mərhələsinin II turunda "Ərzurumspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbağça"ın heyətində qolları Anderson Taliska, Cenk Tosun (penalti), Mərt Hakan Yandaş və Yussuf En-Nesiri (2) vurublar.

Bununla da İstanbul nəhəngi qrup mərhələsində ardıcıl 2-ci qələbəsini qazanaraq, xallarlnın sayını 6-ya çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə