İtaliyanın “Milan” komandasının zədəli futbolçusu Emerson Royalın durumuna aydınlıq gəlib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi “Jirona” ilə keçirilmiş VII tur oyununda (1:0) sağ baldırından xəsarət alan 26 yaşlı müdafiəçi iki ay yaşıl meydanlardan uzaq qalacaq.
Braziliyalı futbolçu bu mövsüm “Milan”ın heyətində 26 matçda meydanda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə