Turan Tovuz”un futbolçusu Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. SİA xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XIX turuna təsadüf edib.
27 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə səfər matçının (2:5) gedişində meydana çıxıb. Debütü 2014/15 mövsümündə gerçəkləşən Xəyal 200 oyunda 6 qol vurub.
O, üç klubda forma geyinib. Nəcəfov “Sumqayıt”da 105 (2 qol), “Neftçi”də 17, “Turan Tovuz”da 78 (4 qol) dəfə şans qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB