“Neftçi” futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, kolumbiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, bu ilin yanvar ayında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsüm iştirak ərizəsinə salınmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə