"Real", "Yuventus" və "Napoli"nin sabiq hücumçusu Qonsalo İquain "İnter Mayami"nin məşqçilər korpusuna qoşulub. SİA xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 36 yaşlı argentinalı futbolçu inkişaf etdirmə və strategiya məşqçisi kimi fəaliyyət göstərəcək.
İquain futbolçu karyerasını 2022-ci ildə elə "İnter Mayami"də bitirib.
Qeyd edək ki, hazırda Qonsalonun Argentina millisindəki keçmiş komanda yoldaşı Lionel Messi "İnter Mayami"də çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə