2024-cü il sentyabrın 8-13 tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında iştirakını 89 ölkə təsdiqləyib. Bu barədə Qazaxıstanın Turizm və idman nazirinin müavini Serik Jarasbayev bildirib. Onun sözlərinə görə, V Dünya Köçəri Oyunlarında iştirak üçün 2500-dən çox idmançının gəlməsi gözlənilir.
SİA-nın əldə etdiyi məlumata görə, proqrama 21 idman növü daxil edilib. Bunların yarısı qazax, digərləri isə digər türk ölkələrinin milli idman növləridir.
Qeyd edək ki, köçəri xalqların ənənəvi oyunlarına əsaslanan beynəlxalq idman yarışı Dünya Köçəri Oyunları UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə