“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb
“Araz-Naxçıvan” komandası heyətini yeni futbolçu ilə gücləndirib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Urfan Abbasovu transfer edib. 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.
Bu, “Araz-Naxçıvan”ın mövsümlərarası fasilədə heyətinə qatdığı ilk oyunçudur.
Qeyd edək ki, karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən U. Abbasov Azərbaycan milli komandasına da cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB