Bu gün “SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turnirində 1/2 final mərhələsinin oyunları keçirilib. SİA nəticələri təqdim edir:
1. APA İA- ATV 4 : 3
2. AzTV- ARB TV 2 : 0
Beləliklə, iyunun 10-da “Xatirə Kuboku”nda final mərhələsinin oyunları keçiriləcək. Finalda APA İA və ATV komandaları ikincilik, AzTV və ARB TV komandaları isə birincilik uğrunda mübarizə aparacaq.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə