Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə bürünc medal uğrunda görüşə çıxacaq. SİA xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov yarımfinalda rusiyalı Maxmadbek Maxmadbekova uduzub.

Eyni çəkidəki İbrahim Əliyev finala gedən yolda yerli idmançı Behruzi Xocazodaya yenilib.

Onlar medal qarşılaşmasında müvafiq olaraq meksikalı Gilberto Kardoso və fransalı Benyamin Axula üz-üzə gələcəklər.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə