Bu arada “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone, komandanın cari mövsümdəki çıxışı onun məşqçi kimi karyerasını davam etdirib-etdirməməsinə böyük ölçüdə təsir edəcəyini etiraf edib.

“Mənim müqaviləm əsasən mövsümü necə başa vurmağımızdan asılıdır. Hər mövsüm bitəndən sonra nə olacağına qərar vermək üçün bir araya gəlirik. Bu il də istisna olmayacaq”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Simeone bunu “Marca”ya danışarkən bildirib.

Xatırladaq ki, Dieqo Simeone 2011-ci ilin dekabrında "Atletiko Madrid"in baş məşqçisi olub. O vaxtdan bəri onun rəhbərliyi altında komanda 608 matçda iştirak edib, iki dəfə Çempionlar Liqasının finalına çıxıb və həmçinin iki dəfə İspaniya çempionu olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə