Fransa ilə oyun öncəsi İngiltərə yığmasında itkilər

İngiltərə millisinin oyunçuları Deklan Rays və Kallum Uilson Fransaya qarşı DÇ-2022-nin 1/4 final oyununu buraxa bilər.

SİA-nın əldə etdiyi məlumata görə, adıçəkilən futbolçular yığmanın son məşqində iştirak etməyiblər.

Rays səhhətindəki problem, Uilson isə zədə səbəbindən hazırlıq prosesinə qatılmayıb.

Qeyd edək ki, İngiltərə - Fransa matçı dekabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə