Söyüş söymək nədən irəli gəlir? - MARAQLI MƏQAMLAR - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Bildiyimiz kimi söyüş bütün dillərdə mövcud olan bir məfhumdur. Müxtəlif cəmiyyətlərin müxtəlif mədəniyyətləri olduğuna görə, söyüşlər müxtəlif cəmiyyətlərdə müxtəlif cür qəbul olunur. Amma söyüş ümumiyyətlə cəmiyyyətdə tabu kimi götürülür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, mənəvi dəyərlər baxımından tabuların pozulması da həmin cəmiyyətdə reaksiya ilə nəticələnə bilər: "Yəni tabuların pozulması zamanı bunun bir cəzası olur. Söyüşlər leksikomda tabularla izləndiyi üçün ona görə də insanlar söyüş söyərkən eqosu rahatlayır. Psixoloqlar, psixiatrlar belə bir araşdırma ediblər ki, insanlar ağrı hiss edərkən söyüş söyürlər. Bu da həmin insanın ağrıya dayanıqlılığını və süni şəkildə ağrıkəsici rolunu oynadığını göstərir. Elə insanlar da var ki, çox sevindikləri, çox əsəbləşdikləri zaman və yaxud da qarşı tərəflə mübahisə edən zaman qarşı tərəfi söydükcə, təhqir etdikcə tabuları pozurlar. Bu zaman insan id halına düşür. İd halı insanın eqosundan çıxan və özünün ruhi halıdır. Həmin halda insan düşünmədən ətrafı və hadisələri öz baxış bucağından keçirtmədən hisslərini emosiyalarını bildirir.

Bildiyimiz kimi təhqir də emosiyanın bir növüdür. Elə insanlar da var ki, gündəlik həyat tərzində söyüşlərdən istifadə edir. Yəni söyüş artıq həmin insanın leksikomuna adi hal kimi daxil olub. Ümumiyyətlə insanlar özünü təmin etmək üçün tabuları, qaydaları pozur və bu zaman sanki insan “azadlıq” hissinə qovuşur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...