Pentensiar xidmətində Amnistiya Aktının icrasına başlanıb - YENİLƏNİR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 8 noyabr – Zəfər Günü münasibətilə 18 min məhkuma şamil olunmuş Amnistiya Aktının icrası davam edir. SİA-nın verdiyi məlumata görə bu gün ilk növbədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 1 saylı cəzaçəkmə müsəssisəsində bir sıra məhkum azadlığa buraxılacaq.

Qeyd edək ki, 5 noyabr tarixində başlayan Amnistiya Aktı 1 dekabra qədər davam edəcək. Ümumilikdə Amnistiya Aktı Ədliyyə Nazirliyi Pentensiar Xidmətində 1787 məhkuma şamil olunub. Bunlardan 34-ü qadın, 2-si yetkin yaşına çatmayan yeniyetmə, 60 nəfər isə 60 yaşına çatmış məhkumlar azad olunub. Ümumilikdə 1391 nəfər azad edilib. Onlardan 1103 nəfəri cəzaçəkmə müəssisəsindən, 368 nəfəri isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. 359 nəfər isə narkomaniyadan məcburi müalicə tədbiri ləğv edidlikdən sonra azad ediləcək. 64 nəfər məhkumun cəzası isə 6 ay azaldılıb.

Qeyd edək ki, ümumilikdə bu gün Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində 5 cəzaçəkmə müəssisəsindən 114 nəfər azadlığa buraxılacaq.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə