18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq

Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.

SİA-nın məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.

O qeyd edib ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib:

"Həmin günlər hər il bayram kimi qeyd olunacaq"

Bütün xəbərlər Facebook səhifəmizdə