Təzyiqi yüksək və aşağı olanlar - BU ÜSULLA TƏNZİMLƏYİN - HƏKİM AÇIQLADI

“Qanın damarda hərəkəti zamanı onun damar divarına göstərdiyi təzyiq arterial təzyiq adlanır. Arterial təzyiq isə sistolik və diastolik olmaqla iki qrupa bölünür. Sistolik təzyiqdə ürək yığılma zamanı qanı aortaya, orqan və toxumalara vurur. Bu zaman yaranan təzyiq sistolik təzyiq adlanır. Diastolik təzyiq isə ürək əzələsinin boşalması zamanı aorta, orqan və toxumalardan qan ürəyə qayıdır. Bu, aşağı təzyiqdir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, sistolik və diastolik təzyiq arasındakı fərq 40-dan çox olmamalıdır: “Sistolik arterial təzyiqin 140, diastolik arterial təzyiqin 90 millimetr civə sütunu və ondan çox olması isə arterial hipertenziya adlanır. Arterial hipertenziyadan el arasında yüksək qan təzyiqi termini kimi istifadə olunur. Hipertaniya xəstəlikləri isə birincili və ikincili olmaqla, iki qrupa bölünür. Ən çox təsadüf olunan ikincili hipertaniya xəstəlikləri sipmtomatik olaraq hər hansı xəstəliklərin fonunda meydana çıxır və arterial təzyiqin yüksəlməsi ilə müşahidə olunur”.

“Bu xəstəliklərə, böyrək mənşəli xəstəliklər, kəskin qlomerulonefrit, böyrək kistaları, böyrək hidronefrozu, böyrək arteriyasının histenozu aiddir. Endakrin mənşəli xəstəliklərə isə qalxanvari ətraf vəzi xəstəlikləri, böyrəküstü vəzin xəstəlikləri aiddir. Bundan əlavə mərkəzi sinir sistemi xəstəlikləri nəticəsində də arterial hipertenziya müşahidə oluna bilər. Bunlara mərkəzi sinir sisteminin travmaları, şişlər və qəbul edilmiş dərmanlardan yaranan simptomotik hipertenziyalar aiddir”.

Həkim sözlərinə belə davam edib: “Hipertenziyalarda müalicə metodu əsas xəstəliyin müalicəsindən ibarət olmalıdır. Arterial təzyiq yüksək olan zaman baş ağrısı, baş gicəllənmə, qulaqlarda küy, sinə nahiyyəsində ağrı hiss edilir. Əsasən, xəstələr bu təzyiqi hiss etmir və təsadüfi yoxlama nəticəsində aydın olur. Xəstə təzyiqin ağırlaşması səbəbindən xəstəxanaya müraciət edir və orada arterial təzyiqin çox yüksək olması bəlli olur. Təzyiqin çox yüksəlməsi arterial kriz şəklində özünü göstərə bilər. Arterial kriz də iki cür ola bilər: fəsadlaşmış və fəsadlaşmamış. Əgər arterial təzyiq çox yüksəkdirsə, xəstədə infarkt kimi hər hansı bir fəsad baş verirsə, bu, fəsadlaşmış kriz adlanır. Bəzən də kriz nəticəsində orqanlarda elə bir dəyişiklik baş vermir ki, bu da fəsadlaşmamış krizdi”.

“Bütün bunların qarşısını almaq üçün, həyat fəaliyyətini yaxşılaşdırmaq, qidalanma rasiyonuna fikir vermək, meyvə-tərəvəzin üstünlük təşkil etdiyi qidalanmaya üstünlük vermək, qidada duzun miqdarını azaltmaq, spirtli içkilərdən və tütün istifadəsindən imtina etmək, artıq bədən çəkisindən qurtulmaq və aktiv həyat keçirmək lazımdır”.

“Müalicə isə mütləq həkim tərəfindən təyin olunmalıdır. Hər bir xəstənin təzyiq səviyyəsi ilə yanaşı digər xəstəlikləri də mütləq nəzərə alınmalıdır. Dərman müalicəsi elə seçilməlidir ki, sutka ərzində arterial təzyiq stabil qala bilsin”.

“Bəzən xəstələr həkim əvəzinə əczaxanalara müraciət edirlər və özləri üçün təzyiq dərmanı alır içir. Xəstə o zaman həkimə müraciət edir ki, onda uzun müddətli öskürək, ayaqlarda şişlik müşahidə olunur. Bu da içdiyi təzyiq dərmanlarının əlavə yan təsirləridir. Ona görə də arterial təzyiqi yüksək olan şəxslər ən azı ayda bir dəfə ixtisaslı həkimlər tərəfindən, aşağı risk qrupuna daxildirsə 6 aydan bir müayinə olunmalıdır”.

“Təzyiq xəstələrinə evdə yardım göstərilməsi çox risklidir. Belə ki, bunun böyük fəsadları ola bilər. Ona görə də, əgər təzyiq yüksəkdirsə, mütləq təcili yardıma müraciət edin”.

“Arterial təzyiq yüksək və aşağı olduqda eyni simptomlar ola bilər ki, burada ümumi zəiflik, baş ağrısı, baş gicəllənmə, ürək ulanma və qusma kimi hallar özünü göstərir. Buna görə də, ev şəraitində ilk olaraq xəstənin təzyiqi ölçülməli, ayaqları dizdən aşağı olmaq şərti ilə isti suya qoyulmalı, bu suyun içərisinə isə üzüm sirkəsi tökülsə daha effektli olar. Xəstəyə sakit şərait yaradılmalı, mayenin miqdarı qəti şəkildə azaldılmalı və duzdan qəti imtina etməlidir. Təcili yardım gələnə kimi limonlu su verilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə