Meşə yanğınları ekologiyanın məhvinə səbəb olur - ARAŞDIRMA

Meşə yanğınları əsasən müxtəlif kortəbii hadisələrlə yayılan yanğına deyilir. Meşə ən çox əhalinin bu mövzuya səhlənkar yanaşması və şiddətli istilər səbəbi ilə baş verir. Meşədə olarkən hər bir insan davranış qaydalarına riayət etməlidir. Yəni, meşədə istirahət zamanı tonqalı söndürmək, siqaretdən istifadə etdikdən sonra kötüklərinin laqeyd şəkildə yerə atılmaması qaydalarına əməl olunmalıdır.

Meşə yanğını zamanı canlılar ölür və təbiətin nizamı pozulur. Yanğınlar meşə təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur, meşənin tərkibi çirklənir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur və s. Meşə yanğınlarına qarşı mübarizə meşə təsərrüfatları tərəfindən yerinə yetirilir.

Meşə yanğınlarının əsas baş vermə səbəbləri bunlardır:
- Meşədə təhlükəsizlik tədbirləri görülmədən oçaq qalanması.
- oçağın söndürülmədən tərk edilməsi.
- Söndürülməmiş siqaret və ya kibriti meşəyə atmaq.
- Meşədə gecə gəzintisi zamanı, fakeldən istifadə etmək.
- Şüşə qırıqlarını meşəyə tullamaq. Şüşə qırıntılarından çıxan şüaların meşədə əks olunması ilə yanğın baş verə bilər.
- Uşaqların meşədə odla oynamaları.
- Əyləncə məqsədi ilə meşədə təhlükəsiz şəraitdə oçaq qalamaq.

Bu gün həyatı təhdid edən ən əhəmiyyətli problemlərdən biri, təbii ehtiyatların azalması ilə yanaşı, əsasən insan faktorlarının yaratdığı fiziki, kimyəvi və genetik çirklənmələrdir. Təbii ehtiyatların strukturunda dəyişikliklər ekoloji tarazlığın pozulmasına səbəb olur. Bir çox həyat formasının öz daxilində, qarşılıqlı və ekoloji faktorlarla yaratdığı kompleks əlaqələr nəticəsində meydana gələn ekoloji tarazlığın pozulması nəticəsində çox uzun bir prosesdən keçmək lazımdır. Bu tarazlığı bərpa etmək üçün ekoloji tarazlığın ən vacib elementlərindən biri olan və özünü yeniləyə bilən meşələr, nəinki bir çox canlı növü üçün yaşayış yeri təmin edir, həm də mövcud yaşayış şəraitinin yaxşılaşmasını və davamlılığını təmin edir. Müxtəlif səbəblərdən ekoloji tarazlığın pozulması: Quraqlıq, eroziya, sel və daşqın kimi cəmiyyət həyatını ciddi şəkildə təhdid edən ekoloji problemlərin ortaya çıxmasına səbəb oldu və bu hadisələrdə insan sağlamlığının qorunmasında meşə ehtiyatlarının əhəmiyyəti daha geniş dairələr tərəfindən araşdırılır.
Yanğın baş verən meşə sahələrinə ən qısa zamanda müdaxilə etmək öhdəliyi, tətbiq olunacaq texnikanın düzgün seçilməsinə nəzarət olunmalıdır.

Mövzu ilə əlaqədar sosioloq Əhməd Qəşəmoğlu fikirlərini belə ifadə etdi: “Məşə yanğını zamanı böyük bir təhlükə yaranır ki, yaşayış yerlərinə sıçraya bilər. Meşələr yanmağa başlayanda ən dəhşətlisi hava ilə sağlamlıq üçün zərərli tüstü ilə dolmasıdır. Ekoloji vəziyyət xeyli pisləşir. İnsanlar məcburi olaraq yaşayış yerlərindən uzaqlaşırlar. Yəni xeyli yaşayış yerləri ani olaraq boşaldılır. Qısa zaman ərzində ani olaraq bu hadisələr ardıcıl olaraq baş verir. Eyni zamanda meşədəki ağaclar uzun-uzun illər boyu inkişafını dayandırır. Artıq konkret infrastruktur yaranmış meşə yanaraq külə çevrilir. Ağacların yanmasından başqa heyvanlar və digər canlılar da məhv olunur. İnsanların gözü qabağında təbiət aləmi yanğınla bərabər yanır. Təbiətdə yanğınların qarşısını almaq üçün çox diqqətli olmalıyıq. Son 40 ildir ki, hava və iqlimin dəyişilməsi yönündə fikirlər haqqında mülahizələr aparılır. İstehsalat prosesində havaya qalxan tüstülərin qarşısını almaq tədbirləri görmürlər. Yer üzündə müəyyən təbəqə yaranır ki, belə olduqda hava, iqlim pozulur. Bunun üçün ciddi tədbirlər görülməlidir. Meşə zolağı olan yerdə çoxlu su anbarları düzəltmək mümkündür. Müxtəlif yerlərdə bunlar düzəldilə bilər. Düşünürəm ki, yanğın söndürənlər üçün müəyyən yolların açılmalısı vacib məqamdır. Meşəyə xidmət edən işçilər elə işləməlidirlər ki, yanğını ani olaraq söndürə bilsinlər. Eyni zamanda əhalinin maariflənməsi bu sahəni tamamilə bilməsi çox vacibdir. Bu sahədə müəyyən işlər aparılır. Meşədə əhalinin istirahəti zamanı əvvəlki kimi istənilən yerə manqal qoyulması qadağan olunub. Bu qadağan öz nəticəsini göstərir. Əhali yanğın zamanı davranış qaydalarınına əməl etməli və bu mövzuda maariflənməlidir. Yaxında yanğın baş verən zaman əhali ərazini necə tərk etməli olduğunu bilməlidir. Yanğının söndürülməsi zamanı meşədə təhlükə mənbəyi gördükdə bunu aradan qaldırmaq üçün qaydaları bilməlidir. Əhaliyə meşədə istirahət zamanı yanğın təhlükəsinin olmasını sürətli şəkildə maarifləndirmək lazımdır. Məktəblərdə bu mövzu ilə əlaqədar olaraq maarifləndirilmə işləri aparılmalıdır. Eyni zamanda təxribatlara görə də meşə yanğını baş verə bilər. Bu zaman müşahidə qrupu təşkil olunmalıdır. Bu texniki işlərin görülməsi baxımından görülməsi kompleks yanaşmaya gətirib çıxarır. Qardaş Türkiyədə baş verən yanğın fəlakətindən dərs çıxarmaq lazımdır. Düşünürəm ki, bundan sonra maarifləndirilmə işləri daha çox aparılacaq. Elmi tədqiqat ilə bu işlər görülməlidir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə