Prezident İlham Əliyev general-polkovnikin dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev Böyük Vətən Müharibəsi iştirakçısı, istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynovun dəfn mərasiminə əklil göndərib. SİA xəbər verir ki, əklil mərhumun 2-ci Fəxri xiyabanda məzarı üzərinə qoyulub.

Qeyd edək ki, T.Ağahüseynov 98 yaşında dünyasını dəyişib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə