Övladınızın telefonunu necə güvənli hala salmaq olar? - ARAŞDIRMA

Ağıllı telefonlar 7-dən 70-ə qədər hər kəsin həyatında mühüm yer tutur. SİA-nın verdiyi məlumata görə, uşaqların həyatına da daxil olan bu texnoloji cihazları bir neçə addımla güvənli edə bilərik. Onların təhlükəsizliyi üçün bəzi vacib tövsiyələr aşağıdakılardır.

- İnternet filtrlərini aktivləşdirin

“YouTube”da və bənzər saytlarda övladınızın görməsini istədiyiniz məzmuna əsasən filtr seçin. Həm tətbiqdə, həm də veb brauzerdə məhdud rejimi aktivləşdirdiyinizə əmin olun.

- Tətbiqlərə girişlərini bloklayın

Filmlərdə və seriallarda olduğu kimi, tətbiqetmələrdə də yaş məhdudiyyəti var. Yeni telefonunuzu övladınıza təhvil verməzdən əvvəl, yetkin yaşda olmaması səbəbindən sosial şəbəkələrə daxil olmağı telefonun parametrlərindən bağlayın. Bildirişləri elə tənzimləyin ki, övladınız yeni bir tətbiq yükləmək istədikdə sizdən razılıq alınsın. Bununla da övladınızın telefonunda baş verənlər barədə xəbərdar ola bilərsiniz.

- Fövqəladə hallarda əldə edilə bilən bir siyahı hazırlayın

Sağlamlıq tətbiqi rəqəmsal şəxsiyyət vəsiqəsi kimi qəbul edilir. Fövqəladə hallarda; dərman allergiyası, tibbi vəziyyət, qan qrupu və daha çox məlumatı telefonda saxlamağa imkan verir. Bu tətbiqdə həkiminizin, özünüzün və həyat yoldaşınızın, yəni ən qısa müddətdə əldə edilə biləcəyi bir yetkin şəxsin telefon nömrələrini əlavə edin.

- Onlarla sosial medianın mənfi tərəfləri barədə danışın

Sosial medianın insan münasibətlərinə ziyanı barədə övladınızla söhbət edin. Virtual dostluqlara güvənməməyin vacibliyini izah edin. Övladınızı sosial medianın gücündən qurtarmaq üçün onları idmana, dostları ilə görüşməyə və daha maraqlı fəaliyyətə yönəldin.

- Aranızda kod təyin edin

Aranızda təcili vəziyyət kodu təyin edin (məsələn "X"). Göndərilən həmin kodla övladınızın narahat bir mühitdə qaldığını və bununla da onu həmin məkandan aparmalı olduğunuzu anlaya bilərsiniz.

- Daim telefonla maraqlanmayın

Unutmayın ki, siz nə edirsinizsə, övladınız da onu örnək alır. Buna görə ailədə telefonun istifadə oluna biləcəyi və bilməyəcəyi saatı və yeri müəyyənləşdirin. Misal üçün: ailə olaraq yemək yeyərkən telefonla məşğul olmayın, əksinə, daha rahat zamanda istifadə edin.

Sadıxzadə Ayşən

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...