"BUTA" körpələr evinin nümayəndələri də "Ana Harayı" abidəsini ziyarət ediblər - FOTOLAR

"BUTA" körpələr evi-uşaq bagçasının rəhbəri Günay Ağamalı fidan balalarla birgə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Ana Harayı" abidəsini ziyarət etdilər. SİA xəbər verir ki, uşaq bagçasının rəhbəri Günay Ağamalı bildirib ki, qan donduran Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı bu cinayəti törədən düşmənimizin və onun havadarlarının kim olduğunu böyüyən Azərbaycan nəslinə aşılamaq bizim müqəddəs borcumuzdur. Xocalı soyqırımı Azərbaycan Xalqının Qan yaddaşıdır! Vandalizm qurbanlarını dərin hüznlə anır, Uca Tanrıdan rəhmət diləyirik. Allah rəhmət eləsin. Amin!
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...