Boşanma ilə bağlı 1182 ərizə qəbul edilib - Ədliyyə Nazirliyi

Ötən il Azərbaycanda 35 576 nikah qeydə alınıb.

SİA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, 2018-ci ildən faktiki nikah münasibətində olan şəxslər müəyyən edilir: “Onların tibbi müayinədən keçmələri təmin olunmaqla nikahları dövlət qeydiyyatına alınır. 2020-ci ildə də maarifləndirmə işi ilə faktiki nikahda olan 1 420 cütlük müəyyən edilib, onlardan 981-nin nikahı dövlət qeydiyyatına alınıb”.

Xidmət rəisi deyib ki, ötən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət edən 61 erkən nikah yaşında olan şəxs və onun yaxınları erkən nikah və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi-psixoloji təsiri barədə məlumatlandırılıb, 53 maarifləndirmə işi həyata keçirilib.

R.Kərimovanın sözlərinə görə, ötən il qeydiyyat şöbələri tərəfindən nikahın pozulması haqqında 1182 ərizə qəbul edilib:

“Onlardan 1 550-si psixoloqla söhbətə cəlb edilib. Qeydiyyat şöbələrində söhbətə cəlb edilmiş 288 cütlük nikahın pozulmasından imtina edib".

Bütün xəbərlər Facebook səhifəmizdə