Azərbaycanda artım var: - həm əhalinin, həm də ölənlərin sayında

2020-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin sayı kəskin şəkildə artıb. SİA rəsmi statistikaya əsasən verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr ayları ərzində 61,147 min insan dünyasını dəyişib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artım deməkdir.

2019-cu ilin 11 ayı ərzində 50,796 min insan dünyasını dəyişmişdi. Müqayisə göstərir ki, ötən ilin 11 ayında ölüm sayı 10,351 min artıb.

Artımdan sonra hər 1000 nəfərə düşən ölüm sayı 6,7 nəfərə yüksəlib. 2019-cu ildə bu göstərici 5,6 idi.

Ölüm göstəricisinin artmasına baxmayaraq Azərbaycanda təbii artım 55,307 min olub. Təbii artım göstəricisi 30,2 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə