Kök hüceyrələrin qocalmasını idarə edən gen bəlli oldu

Molekulyar bioloqların fikrincə, yaşlı insanların orqanizmində kök hüceyrələrin fəallığının və sayının azalması GATA6 geni ilə bağlıdır. Həmin geni “işə salanda” kök hüceyrələr daha tez qocalmağa başlayır. Tədqiqatın nəticələri “Stem Cells” jurnalında dərc edilib. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, molekulyar bioloqların kəşf etdikləri bir neçə mexanizmin köməyilə kök hüceyrələri sümük, əzələ, dəri və sinir sisteminin “yetkin” toxumasına çevirmək mümkündür.

Onlardan ciddi travma və müxtəlif degenerativ xəstəliklərin müalicəsində özünəməxsus “ehtiyat hissə” kimi istifadə etmək olar. Alimlərin fikrincə, belə problemləri mezenximal kök hüceyrələrin (MSC) köməyilə həll etmək mümkündür. Həmin hüceyrələrdən az miqdarda bütün insan orqanlarında var. Bununla belə MSC-hüceyrələr toxumaların bir çox tipinə çevrilmək qabiliyyətini saxlayır. Yaşlı adamlarda onların miqdarı və fəallıq səviyyəsi tədricən aşağı düşür. Viskonsin-Medison Universitetindən (ABŞ) molekulyar bioloq Vam-Tszyuy Li və onun həmkarları bununla bağlı tədqiqat aparıblar.

Hələ XX əsrin ortalarında Nobel mükafatı laureatı Şinya Yamanaka izah edirdi ki, insan və digər canlılarda, demək olar, istənilən “yaşlı” hüceyrələri onlarda MYC, OCT4, SOX2 və KLF4 genlərini aktivləşdirməklə, kök hüceyrələrə çevirmək olar. Sonralar bu genlər “Yamanaka faktorları” adlandırılıb. Bu prosedur nəticəsində hüceyrələr cavanlaşır və orijinal funksiyalarını itirir. Nəticədə onları istənilən toxumanın ehtiyat hissəsinə çevirmək olar.

Bu yaxınlarda amerikalı bioloqlar müəyyən ediblər ki, həmin prosedurun köməyilə “yaşlı” kök hüceyrələri onların xarakteristikasını dəyişmədən cavanlaşdırmaq olar. Bunun nəticəsində Li və onun həmkarları “Yamanaka faktorları”nın aktivləşdirilməsi ilə MSC-hüceyrələrdə genlərin və zülalların işinin necə dəyişdiyini tədqiq ediblər.

Bioloqlar təcrübə üçün bir neçə yaşlı könüllüdə sinovial mayedən MSC-hüceyrələri çıxarıblar və “Yamanaka faktorları”nı aktivləşdiriblər. Məlum olub ki, bu prosedur “yaşlı” kök hüceyrələrə cavanlığı qaytarıb. Onlarda fəal bölünmə, qocalma zamanı dayanmış funksiyaların bərpası müşahidə edilib. Bütün bu müsbət dəyişiklik onunla bağlı olub ki, “yenidən proqramlaşdırılmış” hüceyrələr GATA6 geninin işini dayandırıb. Həmin genin işi qısa RNT molekulları vasitəsilə dayandırılan zaman hüceyrələrin bənzər yolla “cavanlaşması” da bunu təsdiqləyir. Tədqiqatçılar “Yamanka faktorları”ndan ikisindən (OCT4 və KLF4) istifadə etməklə bənzər nəticə əldə ediblər.

Yeni kəşf yaşlı insanlarda MSC-hüceyrələri, onların tamdəyərli yenidən proqramlaşdırılmış kök hüceyrələrinə çevrilməsi riski olmadan gəncləşdirməyə imkan yaradır. Bu, onların terapevtik tətbiqini və yaşadıqları orqanlarda bərpa olunmaq qabiliyyətini genişləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...