"Hər gün qələbə sorağını eşitmək bizi qürurlandırır" - MÖVQE

Mehriban Abasquliyeva: “Yaxın zamanlarda qürurmuz olan Azərbaycan bayrağı erməni işğalından azad olunan bütün torpaqlarımızda qaldırılacaq”

“Hər gün eşitdiyimiz qələbə sorağı bir tarixdir. Oktyabrın 20-də növbəti qələbə sorağını – Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edildiyi xəbəri tarixi bir gündür. Bu xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbsidir”. Bu sözləri “SƏS” qəzetinə açıqlamasında YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva deyib.

M.Abasquliyeva bildirib ki, bu gün gün Ordumuzun qazandığı qələbələr Prezident İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönlü fəaliyyətinin nəticəsidir: “Hər gün qələbə sorağını eşitmək bizi qürurlandırır, yaralarımızın üstünə sərin su səpir. Bu qələbə Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun və rəşadətli əsgərlərimizin şücaətidir. Azərbaycan Silahlı Qüvvələri çox qısa müddətdə bir-birinin ardınca torpaqlarımızı işğalçılardan təmizləyir. Oktyabrın 17-də Füzuli və Cəbrayıl, ardınca oktyabrın 20-də Zəngilanımız düşmən tapdağından azad edildi. Ulu Tanrı bu tarixi qələbəni, bu sevinci bizə nəsib edən Ali Baş Komandanımızı, Güclü Ordumuzu, igid əsgərlərimizi qorusun. Bu münasibətilə qalib Prezidentimizi, xalqımızı və bütün zəngilanlıları təbrik edirəm”.

“Bu gün Azərbaycanın gücü qarşısında işğalçı Ermənistan acizdir”,- deyən M.Abasquliyeva bildirib ki, müzəffər ordumuz sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində yeni-yeni qələbələr qazanır: "Ali Baş Komandanın rəhbərliyi ilə bu gün yeni tarix yazılır. Azərbaycan Ordusunun potensialı göz önündədir. Ölkəmizin ordu quruculuğu və müdafiə sahəsində atmış olduğu addımlar təhlükəsizliyimizin təminatına əsaslanır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib və 30 illik erməni işğalına məhz güclü ordumuz sayəsində son qoyulur”.

“Azərbaycan dövlətinin güclü iradəsi, güclü ordusu, sarsılmaz milli birliyi var”, deyən M.Abasquliyeva BMT-nin Təhlükəsizlik Şurasının icra olunmayan 4 qətnaməsinə əsasən Ermənistan silahlı qüvvələri birmənalı şəkildə işğal olunmuş torpaqlarımızı tərk etməlidir: “Azərbaycanın atdığı hər bir addım beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır və Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almır, dinc sakinlərə zərər vermir. Lakin faşist xislətli Ermənistan dinc əhaliyə, körpələrə, uşaqları hədəfə almaqla hərtərəfli məğlubiyyətlərini ört-basır etmək istəyirlər. Lakin işğalçı Ermənistanın ölkəmizə qarşı təxribat hücumları, hiylələri, məkri Azərbaycanı öz yolundan döndərə bilməz. Erməni vandallarının humanitar atəşkəs elan olunduqdan sonra 11 oktyabrda Gəncəni raket atəşinə tutması, barbalığıdır. Bu növbəti soyqırımdır. Erməni vəhşiliyi nəticəsində 11 nəfər həlak oldu, 40-dan çox insan yaralandı. Ermənistanın Gəncəyə teror aktı nəticəsində 3 uşaq hər iki valideynini itirdi. Oktyabrın 17-də erməni təcavüzkarlarının Gəncəyə növbəti hücumu nəticəsində 14 nəfər qətlə yetirildi, 55 nəfər isə müxtəlif xəsarətlər alıblar, çoxsaylı yaşayış binası tamamilə dağıdıldı. Bütün bunlar erməni riyakarlğının bir daha sübutudur. Lakin xalqımız düşmənin heç bir təxribatından qorxmur, mərd-mərdanə şəkildə ədalətli mübarizəsini davam etdirir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Yırtıcı Ermənistan dövləti bizim torpağımızdan çıxsın!”.

M.Abasquliyeva bir daha vurğuladı ki, Ali Baş Komandanımızın dediyi kimi, bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik: “Terrorçu Ermənistan bir daha bilməlidir ki, torpaqlarımızın bir qarışı da işğal altında qalmayacaq və tez bir zamanda bütün işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının, Müzəffər Ordumuzun, Rəşadətli əsgərlərimizin və xalqımızın BİRLİYİ, Həmrəyliyi nəticəsində azad olunacaq, üçrəncli bayrağımız azad olunan torpaqlarımızda dalğalanacaq. Qarabağ Bizimdir!, Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır!”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə