Nalçik şəhərində "Arşın mal alan" operettası göstərilib

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası təqdim olunub. SİA-nın xəbərinə görə, Operetta respublikanın Mədəniyyət Nazirliyinin Dövlət Musiqi Teatrının təşəbbüsü ilə tamaşaya qoyulub.

Tamaşanın quruluşçu rejissoru – Roman Dabaqov, dirijoru – Aleksandr Çepurnıdır. Teatr rəhbərliyi bu əsərə müraciət etmələrini onun şən, mənalı və zəngin müsiqiyə malik olması ilə izah edib. Onların sözlərinə görə, məlahətli və özünəməxsus müsiqisi ilə fərqlənən "Arşın mal alan" bütün dünyada böyük uğurla göstərilir və tamaşaçıların rəğbətini qazanır.

Operettanın tamaşaçıları arasında Stavropol diyarında və Qaraçay-Çərkəz Respublikasında fəaliyyət göstərən ictimai təşkilatların sədrləri, Azərbaycan diaspo-runun nümayəndələri – Fərhad Əhmədov, Asif Musayev, Təhmasib Zeynalov, Haqverdi Məmmədov və başqaları da olublar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...