Hövsanda modul tipli xəstəxana istifadəyə verildi

Bakıda iki Olimpiya İdman Kompleksinin təyinatı müvəqqəti olaraq dəyişdirilib. SİA-nın məlumatına görə, Hövsan Olimpiya İdman Kompleksi koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilib.

Xəstəxananın açılış mərasimində iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı iştirak edib. TƏBİB sədri tərəfindən jurnalistlərə verilən açıqlamada qeyd olunub ki, yeni istifadəyə verilən modul tipli xəstəxanalar xüsusi oksigen generatorları ilə təchiz olunub:

“Əsas məsələlərdən biri də odur ki, burada havalandırma sistemi quraşdırılıb. Bu sistem havanı təmizlədiyinə görə infeksiyanın sürətlə yayılmasının qarşısını alır”.

Qeyd edək ki, Hövsan Olimpiya İdman Kompleksi ilə yanaşı, Abşeron Olimpiya İdman Kompleksində də modul tipli xəstəxana quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə