Dağlıq Qarabağ həqiqətləri: bu günkü işğalın tarixi kökləri

“Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdür”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində söyləyib.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdiyini deyən dövlətimizin başçısı bildirib: “Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycandır: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq. O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır.

Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Prezident İlham Əliyev növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa etdi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyanın təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Xalqımıza qarşı erməni təcavüzkarlığı və silahlı münaqişənin əsası XIX əsrin əvvəllərində qoyulmuşdur. Belə ki, XVII əsrin sonu - XVIII əsrin əvvəllərində çar Rusiyasının Osmanlı dövlətinin torpaqlarını bölüşdürmək, Aralıq dənizinə çıxış əldə etmək məqsədilə Türkiyə və İranla apardığı amansız müharibələrin nəticəsi olaraq, Rusiya və İran arasında bağlanmış 1813-cü il "Gülüstan" və 1828-ci il "Türkmənçay" müqavilələri ilə Azərbaycan xalqına qarşı tarixi ədalətsizlik rəsmiləşdirilmiş, Azərbaycan torpaqları bu iki dövlət arasında bölüşdürülmüş və həmin Türkmənçay müqaviləsi ilə hazırda da davam edən geosiyasi oyunların və faciələrin əsası qoyulmuşdur.

Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan İran və Rusiya arasında yenidən bölüşdürüldü. Gülüstandakı bölüşdürülməyə əlavə olaraq Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasına qatıldı.

Araz çayının hər iki tərəfində daşınmaz əmlakı olan şəxslərə əmlaklarını 3 il ərzində satmaq, yaxud dəyişmək göstərişi verilmişdi. Lakin rus imperatoru İrəvan xanlığının sərdarı (baş komandanı) olmuş Hüseyn Xanı, onun qardaşı Həsən Xanı və Naxçıvan xanlığının başçısı olmuş Kərim Xanı bu imkanlardan məhrum etmişdi.

Türkmənçay müqaviləsinin şərtlərinə görə müharibədə Rusiya imperiyasına dəyən ziyanı İran tərəfi iyirmi milyon manat gümüş pul ilə ödəməyi öhdəsinə götürmüşdü.

Şərtlərə görə ikinci müharibə başlanmazdan qabaq, yaxud müharibə zamanı məcburiyyət qarşısında Çiəri çayı, Urmiya gölü, Cakatu çayı və Qızılüzən çayı xətti boyu ilə Araz çayı arasında yerləşən əraziləri tərk edən azərbaycanlılara geri, öz ocaqlarına dönmələrinə İran tərəfi icazə vermirdi. Ruslar isə öz növbəsində azərbaycanlıların Qarabağ, Naxçıvan və qismən İrəvan xanlıqları ərazilərinə, öz el-obalarına geri dönmələrinə imkan vermirdilər.

Türmənçay müqaviləsi nəticəsində Azərbaycan tam surətdə parçalanmışdı. Rusiya–İran müharibəsi dövründə milyonlarla azərbaycanlı öz el-obasını tərk etmişdi.

Həqiqi mülki müşavir Mogilevski və polkovnik Yermolov tərəfindən tərtib olunmuş Qarabağın 1823-cü ilə dair kameral siyahısında Hüseyn bəy və Şıxəli Ağa ilə birlikdə təkcə Cəbrayıl ərazisində 139 azərbaycanlı ailəsinin doğma yurdlarından didərgin düşməsi bildirilir. General-mayor Kotlyarovskinin general Rtişevə ünvanladığı 30 sentyabr 1812-ci il tarixli raportundan məlum olur ki, birinci Rus–İran müharibəsi dövründə təkcə Qarabağ xanlığında 4.845 azərbaycanlı ailəsi məcburiyyət qarşısında öz isti ocaqlarını tərk etmişdir.

Ruslar Cənubi Qafqaz və Azərbaycanın şimal ərazilərini işğalı prosesində müsəlman əhalisi arasında xristianlığı yaymaqdan ötrü missioner xristian cəmiyyətləri yaradırdılar. Rus imperiyasının müstəmləkə siyasətinin əsasını isə köçürülmə prosesləri təşkil edirdi. Gülüstan müqaviləsi imzalandıqdan sonra imperiya Azərbaycan ərazisinə ermənilərin kütləvi surətdə köçürülməsi prosesinə başlamışdır. Lakin Türmənçay müqaviləsinin imzalanmasından sonra ermənilərin Azərbaycan ərazisinə köçürülməsi kütləvi xarakter aldı. Onlar erməniləri ən çox Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarına köçürürdülər, çünki bu ərazilər Cənubi Qafqazı əldə saxlamaqdan və Osmanlı imperiyasına qarşı plasdarm yaratmaqdan ötrü mühüm əhəmiyyətə malik idi. Ermənilərin bu ərazilərə köçürülmələri rusların qədim Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusunu reallaşdırırdı.

Məsələn, Quberniya katibi Zolotnitski tərəfindən tərtib olunmuş Naxçıvan əyalətinin 1831-ci ilə dair kameral siyahısında Naxçıvan şəhərinə 110 nəfərdən ibarət 265 erməni ailəsinin köçürülməsi;

Günnüt kəndinə 513 nəfərdən ibarət 96 erməni ailəsinin köçürülməsi;

Arazın kəndinə 188 nəfərdən ibarət 39 erməni ailəsinin köçürülməsi;

Nuraşin kəndinə 60 nəfərdən ibarət 12 erməni ailəsinin köçürülməsi;

Qazançı kəndinə 104 nəfərdən ibarət 23 erməni ailəsinin köçürülməsi;

Qaraxanbəyli kəndinə 440 nəfərdən ibarət 101 erməni ailəsinin köçürülməsi faktları öz əksini tapmışdır.

Yuxarıda göstərilən faktlar rus imperiyasının təşkil etdiyi köçürülmə prosesini çox cuzi bir hissəsini təşkil edir. Rus imperiyasına qatılmış İrəvan və Naxçıvan xanlıqlarının bütün sənədləşmələrdə erməni vilayəti kimi adlandırılması haqda 21 mart 1828-ci ildə göstərişin verilməsi və arxiv sənədlərində öz əksini tapmış köçürülmə faktları imperiyanın qədim Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq istəyinə və ermənilərin Azərbaycana sonradan köçürülmələrinə əyani sübutdur.

Türkmənçay müqaviləsinin imzalandığı gündən 6 ay ərzində Naxçıvan və İrəvan xanlıqlarına aid bütün sənədlər və arxiv materialları Rusiya hakimiyyətinə təhvil verilmişdir.

Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədli mənbələr, habelə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktat əyani surətdə gostərir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb gətirilmişlər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya tabeleyinə keçməsi haqqında işarə belə yoxdur.

Vahid Ömərov,

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə