Kilsə ermənilər üçün “kiçik Ermənistan” anlamı daşıyır

Kilsə - ermənilər üçün “kiçik Ermənistan” anlamı daşıyır. Onlar yerlərini bərkitmək üçün əvvəllər kilsə qurmağa və orada dini ayinlərdən əlavə millətçilik ruhunda təbliğat aparmağa da başlayırlar. Belə ki, digər kilsələrə iddia irəli sürərək öz “Kiçik Ermənistanlarının” sayını çoxaldır və bu yolda yorulmadan səylə çalışırlar. Belə ki, Gürcüstanda erməni katolik kilsəsi, erməni dini qurumları rəsmi olaraq 465 gürcü məbədinə iddia qaldırıblar.

Ermənilərin gürcü müqəddəs məbədlərinə iddiasının əsasında, guya Gürcüstan ərazisində 650 erməni kilsəsinin olduğunu elmi tədqiqatları ilə araşdıran, erməni tarixini saxtalaşdıran Samvel Karapetyan durur. Ən maraqlısı da odur ki Samvel Karapetyan heç bir əsası olmadan tamamilə yalan məlumatla Vardziya kilsəsini “Vardzunik” adlandıraraq “erməni” abidələri sırasına aid edir. Bu məbədləri ələ keçirmək üçün müxtəlif vasitələrə əl atırlar. Buna misal olaraq, Gürcüstanın cənubunda yerləşən məşhur Vardziya kilsə kompleksində Müqəddəs Məryəm ananın vəfatı ildönümü mərasimində törədilən yanğını göstərmək olar. Bu zaman liberal kütləvi informasiya vasitələri gürcü pravoslav kilsəsini “yanğın təhlükəsizliyi qaydalarına” əməl etmədiklərinə görə günahlandırmışdılar.Yanğın şam masasının üstünə kiminsə yanan şam qoyma-sından başlıyıb. Bu yanğın nəticəsində kilsə divarlarında onun gürcü mənşəli olduğunu sübut edən unikal freskalar yanğın tullantıları ilə (karbon monoksitlə) örtülərək ziyan görmüşdü. Buradan belə nəticə çıxarmaq olur ki, kimsə bunu bilərəkdən etmişdi. Maraqlısı da odur ki bu yanğında məhz kilsənin gürcü mənşəli olduğunu sübut edən təsvirlər yanmışdır. Buradan belə qənaətə gəlmək olur: bunu xüsusi məqsədlə təşkil ediblər ki, kilsənin gürcü mənşəli olduğunu sübut edən ən bariz nümunələri yox etsinlər.

Pərvanə gölü və onun ətrafı bütün Gürcüstan üçün eləcə də hər bir pravoslav gürcü üçün müqəddəs bir yerdir. Öz əhəmiyyətinə görə, bu ölkənin qədim paytaxtı Msxetadır. Çünki Müqəddəs Nino məhz Pərvanə gölünün sahillərindən başlayaraq öz yolunu Gürcüstan ərazisinə salmışdır. Gürcülərin xristianlaşması da o vaxtdan etibarən başlamışdır. Ona görə də bu marşrut üzrə 40 günlük bir ziyarət ənənəsi vardır. Hətta Gürcüstanın prezidenti Salome Zurabaşvili də bu yolu zəvvarlarla birlikdə keçmişdir. Tarixən Pərvanə gölü ətrafında heç bir erməni yaşamamışdır. Ermənilərin “Pərvanə gölü” haqqındakı əfsanələri isə uydurulmuş yalanlardan başqa bir şey deyildir. Erməni köçkünləri burada yalnız 1830-cu ildə peyda olmuş və qədim gürcü kilsələrini mənimsəməyə başlamışlar. Sovet hakimiyyətinin qurulması ilə bu kilsələr tərk edilmiş və ya təsərrüfat obyektlərinə çevrilmişdir. O cümlədən kilsənin olduğu Poka kəndində də ermənilər mal-qara saxlamışlar. Ermənilər prinsipial olaraq gürcülərin ən yaxşı şəkildə qorunan kilsələrini geri qaytarmırlar. Bu gün müqəddəs kilsə ermənilər tərəfindən tövləyə çevrilmişdir. Belə ki, onlar kilsədən ot və ya mal-qaranın saxlanıldığı tövlə kimi istifadə edirlər. Bu barədə “Nəyə görə Cavaxetinin erməni kilsəsi tövlədir?” adlı yazıda qeyd olunur. Digər bir tərəfdən Karanfilyanın “Cavaxkın xəzinələri – Pərvanə gölü” adlı yeni filmində “qədim erməni əyaləti”nin tarixi və müasir vəziyyəti haqqında danışılır. Beləliklə də, müəllif filmdə Poka kəndindəki faktı qeydə alır. Filmdən də göründüyü kimi yerli ermənilər kilsədən tövlə kimi istifadə edirlər. Müəllif isə bu barədə belə qeyd edir: “Kilsədən tövlə kimi istifadə edilməsi heç də müqəddəslərə xəyanət demək deyildir, əksinə onun xilas olunmasıdır. Çünki Sovet İttifaqının süqutundan sonra Gürcüstan hökuməti dini tikililərin gürcüləşdirilməsi kursunu aparır və erməni məbədlərinin gürcülərə aid olduğunu elan edirdi. Kilsəni hansısa şəkildə məşğul etmək onun xilas olunması üçün yeganə şans idi. İndi kilsə təmir olunur, onun bəzəkləri isə orjinal şəkildə qalmasına imkan verir”. Bundan əlavə qeyd etmək lazımdır ki, filmdə Samtsxe-Cavaxetiyanın guya “erməni torpağı” və “Böyük Ermənistan”ın Quqark əyalətinin bir hissəsi olduğunu” vurğulayan yalnış fikirlər də səslənir. Əslində isə Samtsxe-Cavaxetinin və xüsusən də Pəravanə gölünün bütün Gürcüstan üçün nə qədər böyük mənəvi əhəmiyyətə malik olması hamıya məlumdur. Ermənilər gürcülərə məxsus olan kilsəni verməmək üçün əllərindən gələni edirlər. Bu barədə gürcü blogeri David Vartumaşvili də yazır: “Erməni kəndində kişilər və qadınlar üçün iki gürcü monastrı var, hər ikisinə Müqəddəs Nino adını vermişlər. Kişilərə məxsus olan monastr kənddən bir qədər kənardadır, müasir görünüşə malik olduğu üçün turist üçün o qədər də marağı yoxdur. Qadınlar üçün olan monastr isə hamıya məlumdur. Bu monastr yüksəklikdəki təpənin ortasında yerləşir və mühüm tarixə malikdir. Belə ki Gürcüstanın katalikos-patriarxı II İlya hələ 1988-ci ildə kilsənin yanındakı bir kənddə köhnə bir ev əldə etmiş və onu öz adına qeydiyyatdan keçirmişdi ki sərhəd zonası olan və sərbəst giriş üçün icazə verilməyən bu əraziləri ziyarət edə bilsin. 1992-ci ildə baş rahibə Yelizaveta iki monarx ilə birlikdə monastrın təməlini qoymaq üçün Pokaya gələndə patriarxın evi erməni ailəsi tərəfindən zəbt olunmuşdu. İlk illərdə patriarx və monarxlar məkanı pərdə ilə bölərək bu insanlarla qonşuluq etməyə başladılar. Bu yaşamaq üçün mübarizə illəri idi. Dirçəliş isə yalnız 2001-ci ildə başlanıldı”. O vaxt Gürcüstan ərazisində erməni təcavüzkarları Abxaziyada gürcüləri öldürür və doğma evlərindən qovurdular. Monastrın əsasını qoyan Gürcüstanın patriarxı və monarxlar qanuni olaraq əldə etdikləri evlərdən istifadə edə bilmirdilər. Yerli ermənilər özbaşına olaraq onlara aid olmayan evləri zəbt etmişdilər və gürcü rahiblərini tam 9 il ərzində bu evlərdən çıxartmağa çalışırdılar. Gürcülərin öz yurdlarındakı evlərində yaşamağa haqqları yoxdur. Çünki bu, ermənilərin “xoşuna gəlmir” və onlar özgə evində yaşamaq istəyirlər. Eyni zamanda Abxaziyadakı digər erməni terrorçuları gürcü qonşularını öldürərək, eləcə də evlərindən qovaraq onların evlərini qənimət kimi ələ keçirmişlər. Həqiqətdə monastrın yerləşdiyi müqəddəs Nino kilsəsi, XI əsr Gürcüstan memarlığının abidəsidir.. Gürcü keşişlərinin, rahiblərinin və zəvvarlarının ibadət etmələri üçün heç yerdə yerlərinin olmadığını bilərək ermənilər bir az yaxşı vəziyyətdə olan və damı olan gürcü kilsəsini tövlə kimi istifadə etmişlər. Yaxşı, bir halda ki siz yad kilsəsini ələ keçirdiniz, axı özünüz də orada dua edirsiniz. Nəyə görə müqəddəs yeri təhqir edərək onu mal-qara üçün tövlə etmisiniz? Amma yox. Yerli ermənilərə kilsə Allahın məbədi kimi lazım deyilmiş. Onu sırf qanuni sahiblərinə - gürcülərə verməmək üçün tövləyə çevirmişlər. “Erməni xalqının dostluğu və qardaşlığı” məhz bu cürdür. Qeyd etmək lazımdır ki bu təkcə işğal olunmuş Abxaziyada deyil, bütün ölkə üçün müqəddəs olan yerdə, Gürcüstanın mənəvi qəlbində eləcə də xristianlığın yayılmağa başladığı yerdə baş verir. Kənddə məskunlaşan ermənilərinin gürcü müqəddəslərini təhqir etməsi dərhal dayandırılmalıdır. Poka kəndində onlar tərəfindən tövləyə çevrilən qədim kilsə gürcü pravoslav kilsəsinə verilməlidir və burada ibadət yenidən bərpa olunmalıdır.

Erməni mətbuatının David Qareci monastrına dair süni surətdə qəzəblənmələri ilə yanaşı, eyni zamanda gürcü ibadətgahlarının ermənilər tərəfindən dağıdılması prosesi də davam etməkdədir. Gürcüstan ictimaiyyətinin diqqətinin David Qareci məsələsinə yönəldiyi bir zamanda erməni millətçiləri Axalkələk bələdiyyəsinin Korxi kəndindəki qədim gürcü kilsəsini qəsdən məhv etmişlər.

Axalkələk bələdiyyəsinin Korxi kəndindəki Müqəddəs Stepan kilsəsinin məhv edilməsi faktını Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentliyi qeyd edir. Sözügedən agentlik kilsədə aparılan işləri vandalizm kimi xarakterizə edərək bu barədə rəsmi feysbuk səhifələrində məlumat verirlər.

Mədəni İrsin Qorunması üzrə Milli Agentliyin əməkdaşları, işlərin icazəsiz olaraq həyata keçirildiyini öyrənmişlər. Gürcüstanın “Mədəni İrsin Öyrənilməsi haqqında” qanununun 30-cu maddəsi əsasında vətəndaş cəmiyyəti Yurik Tsarukyana gördüyü işləri düzəltmək və mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı tələbləri yerinə yetirmək barədə yazılı xəbərdarlıq göndərmişdir:

● O abidənin bütün növ işlərini dərhal dayandırmalı idi (təməl işləri istisna olmaqla).

● Mütəxəssislərin nəzarəti altında kilsənin təməli dəmir-betonla möhkəmləndirilməli idi. Proses hesabat üçün videoya çəkilməli idi.

● Bir ay müddətində qalan işlərin görülməsi üçün Mədəni İrsin Qorunması üzrə Milli Agentlikdən icazə almalı idi.

Agentliyin yazdığına görə, Yurik Tsarukyan tikintiyə görə razılığın alınmasına dair tələbləri yerinə yetirməkdən imtina etdi. Agentlik,Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, hesabat hazırlayaraq Yurik Tsarukyanı 5,000 lari həcmində cərimə etdi.

Ancaq buna baxmayaraq Gürcüstan məbədinin dağıdılması davam etdi. Agentliyin yazdığına həmçinin qeyri-rəsmi məlumatlarına görə, xəbərdarlıq və cərimələrə baxmayaraq, kilsədəki işlər icazəsiz davam edir. Bunun artıq cinayət məsuliyyətinin olması erməni vandallarını dayandırmır. Agentliyin işçiləri isə hüquq qaydalarının pozulması faktını araşdırmağa davam edəcəklər.

Qeyd etmək lazımdır ki Gürcüstandakı Erməni Apostol Kilsəsinin Tiflisdəki erməni millətçiləri, Korxi kəndindəki kilsəni rəsmi olaraq iddia etdikləri 442 Gürcüstan kilsəsinin siyahısına daxil etmiş və ermənilərə aid olduğunu iddia etmişlər.

Bu kilsə Axalkələk bələdiyyəsinin kilsələri arasında sayca 33-cüdür. 1830-cu illərdəki Korxi və Surb Stepanos (Surb Qriqor Lusavoriç ) 1884-1890-cı illərdə bərpa olunmuşdur – bu məlumat rəsmi Ermənistanın iddiasına əsaslanır. Lakin bu məlumat tamamilə yalandır. Çünki Korxi kilsəsi orta əsrlərdə tikilmiş bir gürcü kilsəsidir ki o zamanda da Samtsxe-Cavaxetiyada heç bir erməni yox idi.

1830-cu ildə kilsə ermənilər tərəfindən tutulmuşdur. 1884-1890-cu illərdə ermənilər tərəfindən ələ keçirilən gürcü kilsələrində təmir işləri aparılmış, kilsələrin gürcülərə mənsub olduğunu isbat edən dəlillər məhv edilmiş, yerinə isə erməni yazısı olan saxta daşlar qoyulmuşdur.

Buna baxmayaraq, Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentliyinin mütəxəssisləri kilsəni araşdırmağa başladıqları zaman dərhal Korxi kəndindəki kilsənin gürcülərə aid olduğunu təsbit etmişlər. Ermənilər isə onu erməni adlandıraraq yerinə guya ermənilərə aid olduğunu sübut edən saxta daşlar qoymuşlar. Bu isə XIX əsrin sonunda, ermənilər tərəfindən Gürcüstan kilsələrinin kütləvi şəklidə mənimsənilməsi dövründə baş vermişdir. Kilsənin təməlinin və divarlarının gürcülərə mənsub olmasını istənilən mütəxəssis sübut edə bilər. Bundan əlavə, 1890-cı ildəki təmiri dövründə vəhşicəsinə dağıdılmış məbəd kompleksinin məzar daşlarını ermənilər mənimsəmişlər.

Vahid Ömərov, f.ü.f.d.,dos.

Bütün xəbərlər Facebook səhifəmizdə