Fövqəladə hal bütün ərazilərdə tətbiq ediləcək?

"Televiziyaların fəaliyyəti də müzakirə mövzusudur. Qərarlar hələ tam qəbul olunmayıb. Təkliflər müzakirədədir". məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri bildirib ki, baş nazir sabah çıxışından sonra bütün detallarını açıqlayacaq.

TƏBİB-in sədri Ramin Bayramlı isə əlavə edib ki, məhdud sayda televiziya işçisinin fəaliyyəti təmin oluna bilər: "Həftə sonları tam qapadılma birinci klaster, yəni yoluxma çox olan zonalar üçün tətbiq ediləcək. Növbəti həftə bütün bölgələrə tətbiq edilə bilər. Hazırda bəzi kəndlərimizdə giriş-çıxış dayandırılıb".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...