Gələn aydan xüsusi karantin rejiminin uzadılması müzakirə olunur

"1 iyun tarixindən xüsusi karantin rejiminın uzadılması, həmçinin beynəlxalq uçuşlar və sərhədlərin açılması məsələsi də müzakirə olunur. Bu zaman ölkə stabilləşmə və sabitləşmə meyarları, eyni zamanda qonşu ölkələrdəki vəziyyət, aviaşirkətlərin uçuş siyasəti də nəzərə alınacaq". SİA-nın verdiyi məlumata görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

İdarə Heyətinin sədri bildirib ki, eyni zamanda ölkədəki epidemioloji vəziyyətdə də əsas götürüləcək: "Lakin, bununla bərabər yaxın günlərdə sərhədlərin açılması və uçuşların bərpası gözlənilmir. İlkin olaraq Naxçıvana uçuşların bərpa olunması məsələsinə tezliklə baxılacaq və yaxın dövrdə uçuşların bərpası təmin oluna bilər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə