DGK-nın mərkəzi aparatı aztəminatlı ailələrə yardım edib FOTO

Ölkəmizdə koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər həyəta keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılması üçün bütün səylərini səfərbər edib. SİA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı da bu məqsədlə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına növbəti töhfəsini verib.

Könüllü gömrükçülərin iştirakı ilə 70-dən çox ailəyə baş çəkilib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...