Türkiyə mediası azərbaycanlı cərrahın uğurundan yazıb

Xəbər verdiyimiz kimi, kardio-cərrah Rəşad Mahmudov və transplantoloq-cərrah Mircəlal Kazımi Mərkəzi Gömrük Hospitalında keçirdikləri eyni seansda 5 yaşlı uşağın işləyən ürəyində baypass əməliyyatını və canlıdan canlıya qaraciyər transplantasiyasını gerçəkləşdirib.

Mircəlal Kazımi" Anadolu"ya açıqlamasında məlum əməliyyatla bağlı deyib: "Xəstəyə "ailəvi hiperlipidemiya" diaqnozu qoyuldu. Bundan əlavə, ona qaraciyər nəqli lazım idi. Əməliyyatdan öncə pasientin ürəyinə gedən damarların 90% -i tıxanmışdı ki, bu da qaraciyər köçürülməsini çətinləşdirirdi. Və xəstə əməliyyat zamanı ölə bilərdi. Məsləhətləşmələrdən sonra qaraciyər nəqli də daxil olmaqla eyni vaxtda iki əməliyyatın aparılmasına qərar verildi. Öncə koronar baypass əməliyyatı apardıq, sonra da qaraciyər nəqli etdik ".

Bu əməliyyat dünya mediasında, eləcə də Türkiyə mediasında böyük marağa səbəb olub. Belə ki, günlərdir Rəşad Mahmudovun məlum əməliyyatından bəhs edən türk mediası, bunu tibb dünyasının ən böyük uğurlarından biri kimi dəyərləndirib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin V çağırış deputatı olan Rəşad Mahmudov Türkiyədə “Doqquz Sentyabr”, Mircəlal Kazımi isə Ege Universitetində təhsil alıb. R.Mahmudov karyerası ərzində 8 min ürək əməliyyatı, Kazımi isə 500 transplantasiya həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...