Aşağı Kəsəmənlilərin su problemi niyə həll olunmur? SƏS TV

İşlək vəziyyətdə olan subartezian quyusundan Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakinləri istifadə edə bilmirlər. Sakinlər uzun illərdir ki, içməli və suvarma suyunun olmamasından əziyyət çəkirlər. Sovetlər dönəmindən istifadəsiz qalmış subartezian quyusu yerli sakinlər tərəfindən təmir edilib və istifadəyə yararlı hala salınıb. Lakin quyu dövlət balansına salınmadığı və güzəştli elektriklə təmin edilmədiyinə görə, sakinlər subartezian quyusundan istifadə edə bilmirlər.

Ağstafa rayon Aşağı Kəsəmən bələdiyyəsinin sədri Aydın Batıyev isə bildirib ki, məsələ ilə bağlı sakinlərlə birlikdə bütün aidiyyəti qurumlara müraciət edilsə də bu günədək heç bir nəticə olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə