Mərkəzi Qan Bankı: "İnsanlar kütləvi şəkildə cəbhə üçün qan verirlər"

İnsanlar kütləvi şəkildə cəbhə üçün qan verirlər. Mərkəzi Qan Bankı və onun bölmələrinə insan axını müşahidə olunur. Bu barədə Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva açıqlama verib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ki, qan vermək istəyən insanların ardı-arası kəsilmir.Təkcə bu gün respublika üzrə 2 min nəfər qanvermə aksiyasında iştirak edib. Son günlər toplanan qan komponentlərə ayrılaraq cəbhə bölgəsində yerləşən xəstəxana və hospitallara göndərilib. Hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var.

P.Hacıyeva donorluq edən hər bir vətəndaşımıza minnətdarlığını bildirərək deyib ki, onların verdikləri hər damla qan cəbhədə yaralanan hərbçilərimizin həyatda qalması üçün cox mühümdür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...