İstanbula daha ucuz reys 275 Avro

Türk Hava Yolları (THY) Bakıya olan reyslərini Sabiha Gökçen beynəlxalq hava limanı üzərindən də həyata keçirəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, səfərlər 15 martdan etibarən başlayacaq.

THY səfərləri həftənin 7 günü qarşılıqlı olaraq həyata keçirəcək.

Qeyd edək ki, sərnişinlər bütün vergilər daxil gediş-gəliş üçün 275 avro ödəyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə