Musa Quliyev: “Artımla bağlı büdcədə layihə nəzərdə tutulmayıb” AÇIQLAMA

"Dövlət 5-dən çox uşağı olan ailələrə hər bir uşaq üçün müavinət verir. Bu məbləğ 30 manat civarındadır. Artıq bu məbləğ qanunla qüvvəyə minib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, dövlət tərəfindən analara bir çox güzəştlər və sosial yardımlar olunur: "Bundan başqa digər aztəminatlı ailələrə də ünvanlı sosial yardımlar verilir. Bundan başqa analara birdəfəlik müavinət təyin olunur".

Musa Quliyev həmçinin qeyd etdi ki, çalışan analar üçün güzəştlərə də qanunda yer verilib: "Kasıb ailələr üçün hazırda sosial yardımlar olunmaqdadır, lakin məbləğin artırılması ilə bağlı hər hansı layihə hələ ki gündəmdə deyil. Əgər ana işləyirsə, uşağı yaş yarım olana qədər evdə qaldığına görə yenə dövlət onlara müavinət verir. Əgər ailə çox kasıbdırsa, onların aylıq gəliri yaşayış minimumundan aşağıdırsa da həmin ailənin ünvanlı sosial yardım almaq hüququ var. Məbləğlərin artırılması məsələsi hökumətin səlahiyyətində olan məsələdir. Artımla bağlı bu ilin büdcəsində hər hansı bir layihə nəzərdə tutulmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə