Musiqili-əyləncəli xeyriyə tədbiri keçirilib

Səbail rayonu, Sahil Parkında musiqili-əyləncəli xeyriyə tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir maarifləndirici olaraq əhalini, təbiətin mühafizəsinə, heyvanlarla mərhəmətli davranmağa səsləyib.

Tədbirə müğənnilər, regionlardan müəllim və şagird kollektivləri təşrif buyurub.

Nəzərinizə çatdıraq ki, Canlı Aləmin Mühafizəsi "Alyans" İB-i öz fəaliyyətini Respublikanın Ətraf Mühiti və heyvanlar aləminin mühafizəsinə yönəlmiş və bu sahə üzrə ölkədə ortaya çıxan problemlərin həllində aktiv olaraq çalışmaqdadır.

Təşkilat öz işlərini həmçinin Leyla xanım Əliyevanın "İDEA Ekoloji Dialoq" silsilə layihələrinə dəstək olaraq planlaşdırır və həyata keçirir. Hazırkı layihə də yaxın günlərdə yer almış "İDEA Ekoloji Hərəkatın "Sahibsiz Heyvanlarin Müdafiəsi" layihəsinə tam uyğun olaraq, onun prinsiplərini rəhbər tutaraq həyata keçirib. Uzunmüddətli lahiyə olacağı planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...