Bu gün Sovet İttifaqının mövcudluğuna rəsmən son qoyulmasını nəzərdə tutan Belovejsk razılaşmasının imzalanmasından 20 il keçir. SİA-nın məlumatına görə, 1991-ci il dekabrın 8-də sənədi Rusiya, Ukrayna və Belarus liderləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç imzalayıblar. Sənədin ilk bəndi Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasını nəzərdə tuturdu. Dekabrın 21-də razılaşmaya Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan da qoşuldular. Bununla da, 69 il dünyaya meydan oxumuş Sovet İttifaqı dağıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB