MGH-də “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na uyğun olaraq Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2025-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı 2 aprel 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Poliklinka şöbəsinin rəisi Tamilla Əliyeva, şöbə rəisləri, inzibati işçilər, baş və böyük tibb bacıları iştirak ediblər.

Salamlama nitqi ilə çıxış edən Şahlar Mirqasım korrupsiyaya şərait yaradan halların qarşısının alınması istiqamətdə görüləcək tədbirlər, korrupsiya əməllərinə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, korrupsiyanın tibb sahəsinə göstərdiyi neqativ təsirləri ətraflı məlumat verib. Eləcə də, antikorrupsiya davranış modelinin formalaşdırılması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 2025-ci il üçün əməkdaşlar üçün maarifləndirici təlimlərin keçiriləcəyini bildirib.

Tədbirdə çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev korrupsiyaya qarşı mübarizə çərçivəsində Hospitalın fəaliyyətinin şəffaf və uğurlu təşkili istiqamətində həyata keçirilmiş işlər, korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları, eləcə də qarşıda duran tədbirlərdən danışıb. Baş həkim Bəxtiyar Musayev bütün əməkdaşları korrupsiyaya qarşı mübarizədə fəal iştirak etməyə, bu mövzuda diqqətli və həssas olmağa dəvət edib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə