Ansikyete yoxsa Depressisya bu əlamətləri özündə daşıyır? -RƏYLƏR

“Ansikyete və depressiya çox vaxt bir-biri ilə qarşılaşdırılır. Bu iki psixoloji vəziyyətin simptomları bir-birinə bənzəyə bilər, lakin mahiyyətçə fərqlidirlər. Ansikyete gələcək haqqında güclü narahatlıq və qorxu, gərginlik hiss ilə müşahidə olunurkən, depressiya zamanı isə daha çox ümidsizlik, maraq itkisi, həyatı mənasız görməsi ilə xarakterizə edilir. Ansikyete zamanı insanın ürək döyüntüləri artır, nəfəs darlığı, tərləmə, titrətmə, həzm problemləri ola bilər. Depressiyada isə enerji çatışmazlığı yorğunluq, davamlı yuxu istəyi, iştah pozğunluğu və həmçinin bədən ağrıları qeyd oluna bilər”. Bu sözləri terapevt Günay Musayeva SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ansikyete ilə yaşayan insanlar daim ən pis ehtimalları düşünür, daha çox analiz edirlər və ətrafda baş verən hər bir hadisəyə nəzarət etmək ehtiyacı duyurlar: “Depressiyada isə insan üm umi marağını və motivasiyasını itirir, özünü dəyərsiz hiss edir, hətta intihar düşüncəsinə qədər gəlib çıxa bilir. Ansikyete insanı daha çox aktiv və gərgin saxlayır, həmin şəxs daim nəsə etmək məcburiyyətində olduğunu hiss edir. Depressiyada isə bunun tam əksi baş verir. İndsan passivləşir, enerjisini itirir və adi gündəlik işlər belə ona ağır gəlməyə başlayır. Əgər bu hallar uzun müddət baş verərsə mütləq mütəxəssisə müraciət etmək və mütəxəssis yardımı almaq lazımdır. Bəzən ansikyete və depressiya birlikdə görünə bilər. Onların hər biri üçün fərqli müalicə yanaşması mövcuddur. Erkən müdaxilə isə hər zaman bərpa prosesini asanlaşdırmış olur”.

Həmçinin mövzu ilə bağlı psixoloq Gülnar Orucova fikirlərini bildirib. O qeyd edib ki, anksiyete və depressiya bunlar bir-birindən fərqli diaqnozlardı və bu diaqnozları yalnız psixiatr insana qoya bilər, insan öz-özünə bu diaqnozları təyin edə bilməz. Anksiyete əsassız qorxu və narahatlıqdır və bu da gündəlik stressli həyat tərzində ortaya çıxa bilər, yəni bu qorxuların heç bir əsası yoxdur. Amma beynimizdə müəyyən travmalar olur ki, şüur altında bu əsassız qorxu bizi uzun müddət tərk edə bilmir və anksiyete ən çox insan olan yerdə, izdiham, gəl-getli münasibətlərdə, hündürlüyə çıxanda, hündürlükdən baxanda, tək qaldığı bir ortamda, qapalı məkanlarda, təyyarədə baş verə bilir, yəni bu durumlarda qorxu ortaya çıxa bilir, bu da sırf beyinin müdafiə mexanizmidir”.

Psixoloq həmçinin bildirib ki, “Anksiyete ən çox sosial anksiyete kimi insanlara tanışdır, birdə anksiyeteni atağı olur. Ən çox anksiyetenin atağıyla panik atağı qarışdıra bilərlər, yəni deprsssiya burda tamamən yanlış və yaddır. Anksiyetenin atağı daha çox panik atağa oxşayır, amma anksiyetenin atağında insan öz-özünü bu vəziyyətdən çıxara bilir. Hər bir halda istər anksiyete olsun, istər depressiya olsun bunlar hər ikisi mütləq həm psixiatr, həm də psixoloq müayinələrinə getməlidi və dəstək almalıdır. Depressiya isə nədir? Depressiya insanın ümumi əhvalının hər hansı bir hadisədən sonra düşməsidir. Depressiyanıda insan öz-özünə diaqnoz qoyur ki, “mən depressiyadayam”. Fəsil depressiyaları yaz və payız aylarında gəlir, insanın keçmişdə olan hər hansı qaysaq bağlamış duyğularının ortaya çıxması nəticəsində olur. Depressiyada ümumi halsızlıq olur, qaranlıq otaq istəyir, həddən artıq çox yatır, çəkisinin 5%i düşmüş olur”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə