“Stres terminini hamı istifadə etsə də, stressin nə olduğu bəzən aydın ifadə edilmir. Stres – emosional gərginlik, xarici qıcıqlandırıcıların təsiri nəticəsində insan psixikasının yüklənməsidir.
Stres – emosional gərginlik, xarici qıcıqlandırıcıların təsiri nəticəsində insan psixikasının yüklənməsidir. Stres nə yaxşı, nə də pisdir. Bu sözün müsbət və ya mənfi məzmun alması onun hansı kontekstdə işlədilməsindən asılıdır. Bir tərəfdən stres həyatı canlandıran, xilas edən qüvvə, digər tərəfdən isə həyatı məhv edə biləcək qüvvədir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun sözlərinə görə, stresin insanlar üzərindəki təsiri insanlara görə dəyişməkdədir. Ümumi olaraq aşağıdakıları qeyd etmək olar.
• özünə inamsızlıq,
• yuxu pozğunluğu,
• müxtəlif sağlık problemləri,
• gələcək qorxusu,
• məişət və iş qəzalarında artış,
• iş tempinin düşməsi,
• səhv addımlarda artış,
• sosyal münasibətlərdə azalma,
• rəqabətin artması,
• iş veriminde düşmə,
• güvənsizlik duyguları,
• mübahisənin artması,
• işləmə müddətinin artması və ya azalması və s.
• İnsanlarda yorğunluq, hirslilik, baş ağrıları, gec oyanma, tez ağlama, yuxunun pozulması, yalnız qalma istəyi, iştahsızlıq, çarpıntılar, mədə bağırsaq xəstəlikləri, allergiyalar, revmatizmalar, ağrılar kimi psixosomatiksimptomlarda artış yaşanır. Y.Əsgərova həmçinin bildirir ki, stresli vəziyyətdə nə edə bilərik?
- “Xeyr! deməyi öyrənin. Ekstra işlərə, istəmədiyiniz sosial və zamanınız olmayan dəvətlərə xeyr demək sakit bir həyat üçün önəmli bir addımdır. Bunun üçün zaman-zaman sakit və yalqızlıq üçün vaxt ayırın.
- “Ehtiyaclarınızı seçimlərə çevirin. Əsas ehtiyaclarımız yemək, su və özümüzü istidən, soyuqdan qorumaqdan ibarətdir. Geriyə qalan hər şey sizin seçiminizdir. Beləliklə, yaşamınızdakı seçimlərinizə aşırı dərəcədə bağlanmayın.
- Şübhəci və həyəcanlı olmayan insanlarla dostluq edin. Heç bir şey pessimist bir insanın duyğularının keçıcı olması qədər təsirli deyildir. Qısa bir müddət içində siz də onun kimi ola bilərsiniz.
- Əgər işiniz uzun müddət oturmaqla əlaqədardırsa, arada bir ayağa qalxıb bədəninizı rahatladın.
- Yuxunuzu alın. Tez yatma vərdişi qazanın.
- Xaos içində düzən yaradın. Evinizi və işinizi elə bir şəkildə idarə edin ki, nəyin harada olduğunu bilin. Əşyalarınızı yerlərinə qoymağı vərdiş halına gətirin, beləcə bir şeyləri axtarmanın stresindən azad olarsınız.
“Gülün... Niyə gülək - deyə soruşursunuzsa, aşağıdakı faktlara nəzər yetirin.
- Vilyam Osper ingilis filosofu və həkimi qeyd edir ki, gülüş həyatın musiqisidir və gün ərzində 17 dəqiqə gülən insan bir il ömrünü uzadır.
- Yaponiyada vərəm xəstələri ilə gülmə seansları keçirilir.
- Malayziyada imtahan qabağı tələbələrə nəfəs təlimləri və gülmə seansları verilir. Bu seansları keçənlər rahat imtahan verirlər.
- Amerikada artıq 10 ildir ki, hərbi hissə komandirlərini gülüş seminarlarına göndərirlər. Dərsləri məşhur aktyor Çarlz Metkaf aparır və dərsin adı yumorobika adlanır. Beləliklə, stresə meydan oxuya bilərsiniz” - deyə psixoloq Yeganə Əsgərova qeyd edib.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə