Elektromobillər, yoxsa ənənəvi avtomobillər daha etibarlıdır? - EKSPERT AÇIQLADI

“Elektron nəqliyyatlar ekologiyanın dostudur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, dünyada elektron nəqliyyata maraq çox yüksəkdir: "Bunun əsas səbəblərindən biri də dünyada baş verən inteqrasiya, müasirləşmə, intervallaşma bu və digər formada nailiyyətdir. Ona görə də bu gün dünya nəqliyyat sistemində müasir işlər davam edir, müasir görüşlər və proqramlaşdırma təminatlarında uğurlu nəticələr əldə olunur. Həmçinin ölkəmizdə də kifayət qədər maraq artıb.

Elektron nəqliyyatın üstünlükləri birinci, yanacağa sərfi, ondan az yanacaq ilə böyük faydalı iş əmsalına malik olmalıdır. Yəni faydalı iş əmsalı daha yüksək olur, daha çevik olur. Onun üçün də bu özəlliklər ona aiddir, əlamətlər ona xasdır. Elektron nəqliyyatların almağa, təbii ki, zavod standartları bir problem yaranmayan ümumi olaraq insanlar üçün problem yaradıcısı olmayan elektron nəqliyyat vasitələri elə də alınmır, onların üstünlükləri yanacağa sərfiyyatı, iş prinsipləridir. Mənfi tərəflərinə gəldikdə isə elə də çox deyil. Əsas da yanacaqla bağlı, yəni bateriya sistemi ilə bağlı müəyyən narazılıqlar ola bilər, lakin bu da ciddi bir şey deyil. Bəzi insanlar seçim qarşısında qalır dedikdə, məncə, zavod istehsalı olan nəqliyyat vasitələri üçün seçim necə deyərlər "yox" cavabı olmamalıdır. Çünki bu sistemlər müasir sistemlərə arxayınlaşır. Sadəcə qiymət fərqi var, sistemlərin bahalı olması insanlar üçün qiymət cəhətdən faydalı olmaya bilər.

Ekologiyaya zərərləri dedikdə isə əksinə ekelogiyanın dostu sayılır. Çünki bu avtomobillər kifayət qədər dözümlü, yanacaq sərfiyyatını az işlədir. Ona görə də, müsbət tərəflərini daha çox qiymətləndirirəm, nəin ki mənfi tərəfləri.

Elektron nəqliyyatın bütün növləri dünyada varsa, təbii ki, bizdə də var. Bu proseslər sürətlə inkişaf etməkdədir. Həmçinin proseslərin simulyasiya edilməsi, sistemə oturulması çox müsbət addımlardan biridir. Düşünürəm ki, bu proseslər gələcəkdə də davam edəcək. Demək olar ki, Azərbaycan dünyanın vahid bir sistemi, hissəsidir. Dünyada nə yeniliklər olursa, Azərbaycana da gəlir və bundan istifadə olunur".

Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə