“Qısa ömrün xatirələri” adlı kitabın təqdimatı keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün “Əsgərə Xatirə Kitabı” - layihəsinin müəllifi və rəhbəri Nuranə Xanoğlan qızı Şıxəliyevanın təşkilatçılığı ilə Xətai rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında Azərbaycan Respublikası Prokurorluq Orqanlarında fəaliyyət göstərən mərhum Xanoğlan Şıxəliyevin həyat yolunu əbədiləşdirməyə xidmət məqsədi ilə onun xatirəsinə həsr edilən “Qısa ömrün xatirələri” - adlı kitabın təqdimatı keçirilir. SİA xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin və kitabın baş qəhrəmanı mərhum Xanoğlan Şıxəliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, prokurorluq işçiləri, din xadimləri, mədəniyyət və incəsənət işçiləri, rəssamlar, yazıçılar, iş adamları, Şəhid ailələri və qazilər, mərhumun yaxın dost və qohumları fəxri qonaq qismində iştirak edirlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə