Analıq məzuniyyətinə çıxmaq prosesi necə olmalıdır? - HÜQUQŞÜNAS AYDINLIQ GƏTİRDİ

"Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü ) müddətində ödənişli məzuniyyət verilir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Vüqar Tumasov deyib.

Onun sözlərinə görə, doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir: "Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Yəni, qadın uşağın 3 yaşına kimi işə çıxmaya bilər. Onu həmin müddətdə işdən heç kim azad edə bilməz".

Hüquqşünas sözlərinə davam edərək bildirib ki, həmin işə yerinə yalnız müqavilə ilə kimisə götürmək olar: "Həmin xanım işə qayıdan kimi onun yerinə çıxan şəxs işdən azad olunur: "Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərdən biri də hamilə xanımlardır. işə götürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin işə götürən tərəfindən əmək müqaviləsinin ləğvi qadağandır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə