“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "RoPax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsi istismarda olduğu iki il ərzində 332 səfər həyata keçirib. SİA ASCO-ya istinadən xəbər verir ki, bu səfərlər çərçivəsində gəmi-bərə ilə 305 vaqon, 11 min 780 ədəd yük maşını, 1742 ədəd minik maşını, 11 min 350 nəfər sərnişin daşınıb.

ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi-bərə 2022-ci il 28 aprel tarixində Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Layihəsi RoPax tipli “Azərbaycan” gəmi-bərəsi ilə oxşar olan unikal üzən vasitə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə