Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "Opel" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə