Azərbaycanlı miqrantın öldürdüyü bayker dəfn olunub...

...Miqrant sürücüyə parkinqlə bağlı irad bildirdiyinə görə, bıçaqlanaraq öldürülən bayker (motosiklet həvəskarı...A.B.) Kirill Kovalevin dəfn mərasimi Moskva vilayətindəki Novo-Lyuberetskoye qəbiristanlığında keçirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, gənci son mənzilə yola salmağa onlarla insan gəlib ki, onların arasında onun yaxınları, dostları, tanışları və faciəyə biganə olmayan insanlar olub.

Dəfn mərasimi pravoslav keşiş tərəfindən həyata keçirilib. Bu yaxınlarda sistem administratoru işləyən və toy planlaşdıran Kovalevin məzarı başında kiçik oyuncaq motosiklet də qalıb.

Qeyd edək ki, 24 yaşlı Kirill Kovalev aprelin 17-də Lyublino şəhərinin Krasnodarskaya küçəsində avtomobilini səkidə saxlayan sürücüyə töhmət verdikdən və cavab olaraq qarnından bıçaqlanaraq faciəvi şəkildə dünyasını dəyişib.

Sonradan hücum edən şəxsin Azərbaycandan gələn, qeydiyyat müddəti bitmiş Moskvada yaşayan Şahin Abbasov olduğu üzə çıxıb. Miqrant qaçmağa çalışsa da, iki şəriki ilə birlikdə Rostov vilayətində saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin atasını və qardaşını da saxlayıblar. Məlum olub ki, şübhəlinin ailəsinin “Sadovod”da biznesi var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə